28 Sentyabr 2023, 16:09
FUTBOL
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqası formatında keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarına heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, 2-8 oktyabrda Xorvatiyada təşkil olunacaq qarşılaşmalara 20 oyunçu çağırılıb.
U-17-nin heyəti belədi: Nərgiz Ağalıyeva, Arzu Cəfərova, Arzu Ağalıyeva, Ella Əmirova, Natella Məmmədovə (hamısı "Baku Sportinq"), Vahidə Əlipaşayeva, ülviyyə İslamova, Bədriyyə Mövludova, Yelizaveta Vaysman (hamısı "İnter Xacmaz"), Aygün Novruzova, Xanım Əsədova, Adelina Ağayeva, Günay Sultanlı, Mədinə Curuqova (hamısı "Sabah"), Firuzə Bayramova ("Dinamo Balakən"), Pərişan Abdullayeva ("Baku Juniors" İdman Klubu), Məsumə Nəzərli ("Neftçi"), Ləman Əliyeva (UGİM Naftalan), Səma Əsədova, Aida Oskina ("Gömrükçü").
Millimizin matçlarının təqvimi də bilinir. Komandamız oktyabrın 2-də Lüksemburq, 5-də Xorvatiya, 8-də Malta ilə qarşılaşacaq. İlk oyun Bakı vaxtı ilə saat 17:30-da, digər qarşılaşmalar isə 14:00-da başlayacaq.