"İnter"in baş məşqçisi Simyone İnzaqi A Seriyasının 6-cı turunda "Sassuolo" ilə oyunun (1:2) nəticələrini şərh edib.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib:"Biz yaxşı formada olan keyfiyyətli komandaya qarşı əla ilk yarı keçirdik. Daha çox qol vurmalı idik. İkinci hissəyə yaxşı başlasaqda 1:1 hesablı nəticəmizi qoruya bilmədik. Sonra Berardi qol vurdu və biz soyuqqanlılığımızı itirdik. İlk 45 dəqiqəni əla keçirdik. Boşluqları yaxşı bağladıq və bəlkə də onlara iki əks-hücum keçirməyə imkan verdik. Elə oyunlar var ki, işlər sizin əksinə gedir və "Sassuolo" kimi komandaya qarşı soyuqqanlılığınızı və tempinizi itirmək istər-istəməz çətinliklərə gətirib çıxarır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest