28 Sentyabr 2023, 18:30
FUTBOL
Spirtli içki problemi səbəbindən xəstəxanaya yerləşdirilən Kiyev "Dinamo"sunun və Ukrayna millisinin sabiq hücumçusu Artem Milevskinin vəziyyəti stabildir.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 38 yaşlı Milevskinin xəstəxanaya yerləşdirilməsi haqda bazar ertəsi ictimaiyyətə informasiya verilib. Onun vəziyyətinin ağır olduğu deyilir. Sabiq futbolçunun komanda yoldaşı Aleksandr Əliyev mətbuata açıqlama verib: "Mən indicə Artemi ziyarət etdim. Vəziyyət az-çox stabilləşir, amma əlbəttə ki, hələ qarşıda uzun bir reabilitasiya var. Amma eybi yoxdur, öhdəsindən gələ bilər".
Qeyd edək ki, Milevski peşəkar karyerasını 2021-ci ildə başa vurub. Forvard "Dinamo Brest", "Hayduk" və "Tosno"da da çıxış edib.