"Barselona" İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunur.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İşə rəhbərlik edən Barselona istintaq məhkəməsinin rəhbəri Xoakin Agirre klubun Neqreyraya 7,5 milyon avro ayırmasını cinayət hesab edir. Neqreyranın özü, oğlu, həmçinin "Barselona"nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rossel ittiham olunur. Məhkəmənin mövqeyinə görə, heç bir vəzifəli şəxsin öz vəzifələrinin icrasına görə əlavə haqq almaq hüququ yoxdur. Məhkəmə "Barselona"nı günahkar hesab edir. Kataloniya klubunun rüşvətxorluğuna dair şübhələr barədə məlumat 2023-cü ilin martında, klubun Neqreiraya ödəmələri ilə bağlı məlumatlar ortaya çıxanda məlum olub. Həmin ayın sonunda UEFA potensial korrupsiya qalmaqalı ilə bağlı araşdırmaya başlayıb.