"Barselona" maliyyə planının nəticələrini açıqladı.
Matc.az xəbər verir ki, bu barədə "Barselona"nın mətbuat xidməti məlumat yayıb. Klubun vergilərdən sonra xalis mənfəəti 304 milyon avro təşkil edib. Nəticə ötən mövsümün büdcəsində təsdiq ediləndən yüksək olub. 2022-2023 mövsümündə "Barselona" 1,165 milyard avro əməliyyat xərcləri ilə 1,259 milyard avro konsolidə edilmiş əməliyyat mənfəəti əldə edib. Kataloniya təmsilçisinin ticarət və obyektlərin idarə olunması sektorlarında rekord əməliyyat nəticələrinə nail olduğu deyilir. Klub öz biznesinin bütün sahələrində təkmilləşdirmələr apararaq, hər birində gözlənilən performansı qeyd edib. Kommersiya müstəvisində klub 351 milyon avro gəlirlə rekord göstəricilərə nail olub (əvvəlki ilə nisbətən +43%). Sponsorluq gəlirləri demək olar ki, 200 milyon avroya çatıb. Klub Mağazalarında satışlar 100 milyon avro təşkil edib ki, bu da mütləq rekorddur.