"Real" və Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa yaxın vaxtlarda Madrid klubu ilə yeni müqavilə imzalayacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçuyla 2027-ci ilə qədər qüvvədə olan hazırkı müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılır. Klub və oyunçunun nümayəndələri arasında ilk danışıqlar aprel ayında olub və hazırda tərəflər yeni razılaşmalar əldə etməyə yaxındırlar. Madrid klubunun rəhbərliyi yarımmüdafiəçinin oyunundan razıdır. Ona görə də futbolçuya daha əlverişli şərtlər təklif etmək niyyətindədir

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest