Sentyabrın 28-də "Bavariya"nın qapıçısı Manuel Noyer uzun müddətdən sonra ilk dəfə komanda ilə məşq edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı qolkiper bu gün komanda yoldaşları ilə birgə məşqlərin bir hissəsini başa vurub. Noyer bununla bağlı açıqlama verib: "Komanda yoldaşlarımla yenidən meydana qayıtmaq xoşdur. Mən bunu həqiqətən səbirsizliklə gözləyirdim".

Qeyd edək ki, Noyer 2022-ci il dekabrın 10-da xizək kurortunda istirahət edərkən ayağını sındırıb və futbolçuya sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest