"Real Sosyedad" rəhbərliyi La Liqanın 9-cu turunun "Atletiko"ilə oyununda komandanın məğlubiyyətində hakimləri günahlandırıb.
 
Matc.az xəbər verir ki, klub rəhbərliyi bu barədə yerli mətbuata açıqlama verib: "Bu məğlubiyyət bizi incidir. Yalnız bir tərəfə penalti təyin etmək ədalətsizlikdi. Beynəlxalq fasilə zamanı dincəlmək və diqqəti qarşıda olan oyunlara ayırmaq vaxtıdır".
 
Bask klubu müraciətində "Atletiko"ya qarşı qanuni penaltinin verilmədiyini vurğulayıb. Eyni zamanda matçın baş hakimi Xose Munuera Montero matçın son dəqiqələrində "Real Sosyedad"ın qapısına penalti təyin edib. Penaltini İspaniya klubunun fransız hücumçusu Antuan Qrizmann həyata keçirib.  O, komandasına ən vacib qələbəsini qazandırdı.
 
Qeyd edək ki, görüş bir gün əvvəl, oktyabrın 8-də baş tutub və 2:1 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest