Kristiano Ronaldo gələcəkdə İrana qayıdarsa, cəzalandırıla bilər.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Beşqat "Qızıl top"un sahibi Ronaldo sentyabrda Asiya çempionlar Liqasında yerli "Persepolis"lə oyun (2:0) ilə əlaqədar İrana səfər edib. Səfər zamanı o, pərəstişkarları ilə, o cümlədən əlilliyi olan və Ronaldonun böyük fanatı olan Fatimə adlı iranlı sənətçi ilə görüşüb. Səudiyyə klubunun sosial şəbəkələrdə yayımladığı görüşdən video və fotolar sənətçi üçün bu anın əhəmiyyətini çatdırır. Ancaq Ronaldonun belə bir hərəkəti İranda qüvvədə olan sərt qanunları pozduğuna görə 99 şallaq cəzası ilə nəticələnə bilər. çünki görüş zamanı portuqaliyalılar sənətçini qucaqlayıb, öpüblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest