Türkiyə Superliqasında 8-ci turun rəmzi komandası bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Azarkeşlər arasında aparılan sorğuda "Hatayspor"da forma geyinən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da yer alıb. O, 40 faiz səslə ən yaxşı hücumçular sırasında olub.
Türkiyə Superliqasında 8-ci turun rəmzi komandası:
Qapıçı: Fernando Muslera ("Qalatasaray")
Müdafiəçilər: Davinson Sançes ("Qalatasaray"), Aleksander Ciku, Rodriqo Bekao, Ferdi Kadıoğlu (hamısı "Fənərbaxça")
Yarımmüdafiəçilər: İsmail Yüksek ("Fənərbaxça"), Berkay özcan ("Başakşehir"), Duşan Tadiç ("Fənərbaxça")
Hücumçular: Mauro İkardi ("Qalatasaray"), Vensan Abubakar ("Beşiktaş"), Renat Dadaşov ("Hatayspor")