11 Oktyabr 2023, 22:20
FUTBOL
"Yuventus", "çelsi" və "İnter"in keçmiş baş məşqçisi Antonio Konte "Napoli"nin baş məşqçisi ola biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə şəxsi sosial şəbəkəsində paylaşım edib: "Mənim adım bir çox böyük klublarla hallanır. Amma hələlik mən sakitcə gözləmək və ailəmlə vaxt keçirmək istəyirəm".
Oktyabrın 10-da klubda Rudi Qarsiyanı qovacağı təqdirdə 54 yaşlı italiyalının "Napoli"yə rəhbərlik edə biləcəyi bildirilirdi.
Qeyd edək ki, Kontenin son iş yeri "Tottenhem" olub.