"Real"ın sabiq hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanından "Əl-İttihad"a keçməsini şərh edib.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Real"da əldə etdiyim hər şeydən sonra mənim üçün yeni bir şey kəşf etmək vaxtı idi. Mən futboldan çox əvvəl Səudiyyə Ərəbistanında olmaq istəyirdim. Burada müsəlman ölkəsidir və məni qucaq açıb qarşıladılar. Artıq burda futbol layihəsi inkişaf etməyə başlayıb və mən bu layihədə iştirak etmək istədiyimi söylədim. İstər futbol meydançasında, istərsə də ondan kənarda çox xoşbəxtəm. Başqalarının sevgisini hiss edirəm. Burada da çoxlu azarkeş var, onlar da futbolu həvəslə sevirlər. Avropada bu liqa izlənilmədiyi üçün Səudiyyə Ərəbistanında futbolun səviyyəsi məni təəccübləndirdi. Burada qələbələr üçün mübarizə aparan çoxlu böyük oyunçular var".