"Bordo"nun yeni baş məşqçisi "Liverpul", "Mançester Siti" və İspaniya millisinin keçmiş futbolçusu Albert Riera olub .
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.41 yaşlı ispaniyalı mütəxəssislə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb. Riera Fransa ikinci divizionunda çıxış edən "Bordo"nun baş məşqçisi postunda ötən həftənin sonunda qovulan David Guyonu əvəzləyib. Klub turnir cədvəlində 10 turdan sonra 11 xalla 13-cü yerdədir.
 
Qeyd edək ki, Rieranın əvvəlki iş yeri Sloveniyanın "Selje" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest