"Arsenal"ın və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Cek Uilşir karyerasının ilk klubunu idarə edə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 31 yaşlı ingilis 2022-ci ilin yayında karyerasını bitirib. Bundan sonra o, "Arsenal" U18 gənclər komandasının baş məşqçisi təyin edilib. Uilşir hazırda MLS klubu "Kolorado Rapids" ilə danışıqlar aparır. Yaxın günlərdə keçidin reallaşacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest