"Türkiyə bu qələbəyə layiq idi. Əvvəldən zəif oynadıq və çoxlu səhvlərə yol verdik. Heç cür öz oyunumuzu tapa bilmədik və layiqli məğlubiyyət aldıq"

AVRO-2024-ün seçmə mərhələsində Xorvatiyanın qonağı olan Türkiyə yığması 1:0 hesablı qələbə qazanaraq, final mərhələsinə vəsiqə yolunda önəmli addım atıb. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi düşüncələrini bölüşüb.
 
Zlatko Daliç (Xorvatiya yığmasının baş məşqçisi): "Türkiyə bu qələbəyə layiq idi. Əvvəldən zəif oynadıq və çoxlu səhvlərə yol verdik. Heç cür öz oyunumuzu tapa bilmədik və layiqli məğlubiyyət aldıq. Təbii ki, zədəli futbolçularımız var idi. Amma bu bizim bəhanəmiz olmamalıdı. Hazırda əlimizdə olanlarla uğur qazanmalıyıq. Türkiyə ilə görüşdə bunu etmədik. Uelslə növbəti tur matçımız həlledici olacaq. Yəqin ki, heyətdə bəzi dəyişikliklər edəcəyik".
 
Vinçentso Montella (Türkiyə yığmasının baş məşqçisi): "Bu, mənim üçün əla başlanğıcdı. Futbolçular hər şeylərini ortaya qoydular. Türkiyə üçün əla gecə oldu. Belə güclü rəqibə qarşı oynamaqdan qürur duyurduq. Unutmayın ki, bu, Xorvatiyanın seçmə mərhələdə ilk ev məğlubiyyəti idi. Bütün futbolçularımız əla idi. Türkiyə futbolunun gələcəyi parlaqdı".
 
Qeyd edək ki, D qrupunda hazırda Türkiyə 13 xalla 1-ci, Xorvatiya isə 10 xalla 2-ci pillədə qəraraşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest