13 Oktyabr 2023, 11:32
FUTBOL
İspaniya La Liqasının prezidenti Xavyer Tebas növbəti dəfə gündəmə gəlib. Matc.az xəbər verir ki, o, bu dəfə PSJ-ni böyük xərclərə görə tənqid edib.
Tebas Fransa klubunun çox pul xərclədiyini bildirib: "Bilirik ki, PSJ 605 milyon avro itirdi və maliyyə tənzimləyiciləri olmasaydı, onların itkiləri daha çox olardı. PSJ pul xərcləməkdə çempion ola bilər".
Qeyd edək ki, Xavyer Tebas bir müddət əvvəl "Mançester Siti" barədə də bənzər açıqlama vermişdi.