13 Oktyabr 2023, 13:35
FUTBOL
Paraqvay millisinin hücumçusu Antonio Sanabria Dç-2026-nın seçmə mərhələsində Argentina yığmasının kapitanı Lionel Messiyə tüpürməsi faktını təkzib edib. Matc.az xəbər verir ki, futbolçu bunun təsadüf olduğunu söyləyib.
O, 84-cü dəqiqədə Messi ilə mübahisədən sonra rəqibin kürəyinə bilərəkdən tüpürmədiyini bildirib: "Videoya baxdım. Sanki ona tüpürürəm, amma belə deyil. Messi uzaqda idi. Mən ittihamları rədd edirəm".
Messi də hadisə ilə bağlı fikirlərini bölüşüb: "Mən bunu görmədim. Paltardəyişmə otağında dedilər ki, onların oyunçularından biri mənə tüpürdü. Onun kim olduğunu heç bilmirəm. Buna önəm vermək istəmirəm".
Qeyd edək ki, Argentina yığması 1:0 hesablı qələbə qazanıb.