13 Oktyabr 2023, 15:40
FUTBOL
İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu və baş məşqçisi bilinib. Matc.az xəbər verir ki, ayın oyunçusu mükafatına "Tottenhem"in yarımmüdafiəçisi Xın Min Son layiq görülüb.
Cənubi koreyalı keçirdiyi 4 görüşdə 6 qol vurub. Londonluların baş məşqçisi Anqelos Postekoqlu da həmkarları arasında seçilib. O, cari mövsüm ikinci dəfə ayın baş məşqçisi mükafatına yiyələnib. Komanda avstraliyalı mütəxəssisin rəhbərliyi altında 4 matçda 10 xal toplayıb.
Qeyd edək ki, "Tottenhem" hazırda 20 xalla turnir cədvəlinə başçılıq edir.