13 Oktyabr 2023, 15:50
FUTBOL
İtaliya polisi bir sıra oyunçuları qanunsuz mərc oynamaqda şübhəli bilinərək dindirib. Matc.az xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqioli müstəntiqlərə qanunsuz bukmeker kontoruna mərc qoyduğunu və mobil telefonunu könüllü olaraq hakimiyyət orqanlarına təhvil verdiyini etiraf edib.
22 yaşlı futbolçu ciddi qumar aludəçisi olduğu üçün 1 milyon avrodan çox borca düşüb.
Şübhəlilər sırasında İtaliya millisinin üzvləri Sandro Tonali və Nikolo Zaniolo da var. Qalmaqala A seriyasının ən azı 10 futbolçusu cəlb olunub.
Günahları sübut olunarsa, onları 3 ilə qədər diskvalifikasiya gözləyir. Oyunçular əməkdaşlığa razılıq versələr, sanksiya azaldıla bilər.