13 Oktyabr 2023, 19:37
FUTBOL
"Mançester Yunayted"in kapitanı Bruno Fernandesin qolu Premyer Liqada sentyabrın ən yaxşı qolu seçilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi Premyer Liqanın altıncı turunda "Börnli"yə qarşı görüşdə yeganə qolu vuraraq, "qırmızılar"ın keçən ay qalib gəlməsinə kömək edib. Fernandes karyerasında üçüncü dəfə mükafatın laureatı olub. Premyer Liqa tarixində heç kim bunu iki dəfə etməyib.