"Real"ın vingeri Vinisius Junior PSJ-nin hücumçusu Kilian Mbappe ilə Madrid komandasında oynamaq perspektivindən danışıb.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Burada hamı Kylian ilə oynamaq istəyir. ümid edirəm ki, bir gün bu baş verəcək. O, dünyanın ən yaxşı oyunçularından biridir, bəlkə də ən yaxşısıdır". 

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatır və fransız futbolçunun uşaqlıqdan azarkeşi olduğu "Real"a keçmə ehtimalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest