13 Oktyabr 2023, 22:35
FUTBOL
"Yaxşı oyun göstərdik. Matça uğurlu başladıq, erkən qol vurduq". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirilən oyun barədə danışarkən deyib.
Tallində baş tutan görüşdə millimiz rəqibini 1:0 hesabı ilə məğlub edib.
Oyunsonrası mətbuat konfransında italiyalı çalışdırıcı komandanın çıxışını dəyərləndirib: "Fiziki cəhətdən güclü rəqiblə qarşılaşdıq. Onlara qarşı çox qaçmalı idik. Əvəzləmələrin üçünü sarı vərəqələrə görə etdik".
O, Rahil Məmmədov və Mahir Emrelinin əvəzlənərkən etirazına bu cür reaksiya verib: "üç gündən sonra çox vacib oyunumuz var. Bəzi futbolçular yorulmuşdular, sarı vərəqələri də var idi. Rahil Məmmədov klubunda az oynayır. Avstriya ilə qarşılaşmanı da düşünməliyik. Rəqib bizi çox qaçmağa vadar edəcək. Bu səbəbdən oyunçularımın hazır olmasını istəyirəm".