AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə görüşü ərəfəsində bölgələrə səfər edib. Matc.az xəbər verir ki, assosiasiya rəhbəri öncə Gəncədə olub.

O, ali futbol qurumu FİFA-nın dəstəyi ilə Gəncədə inşa edilən akademiyanın vəziyyəti ilə tanış olub.   

Ardından Ağsuya yollanan AFFA başçısı şəhər stadionunun vəziyyəti ilə tanış olub və təmir tikinti işləri ilə bağlı müəyyən məsləhətlərini verib.

Hər iki görüşdə Gəncə və Ağsunun icra hakimiyyətinin başçıları da iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest