"Nyukasl"ın və İtaliya yığmasının yarımmüdafiəçisi Sandro Tonali qumar asılılığından müalicə alacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İtaliyalı uzun müddətdir ki, ailəsinə və yaxınlarına onun qumar aludəçiliyi barədə məlumat verib. Tonalinin sözlərinə görə, o, əvvəlcə bunun sadəcə hobbi olduğunu deyib. İndi qumara olan həvəs ciddi problemlərə səbəb ola bilər. Qeyd Edək ki, Tonali və müdafiəçi Nikolo Zanioloya qanunsuz mərc etməkdə ittiham olunub. İddia olunurdu ki, oyunçular matçlara mərc ediblər. İtaliya Futbol Federasiyasının qanunlarına görə, bu, qəti qadağandır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest