"Real"ın yarımmüdafiəçisi Luka Modriç 2024-cü ilin yanvarında komandadan ayrıla bilər.

Matc.az xəbər verər ki, bu barədə yerli mətbuat məlumat yayıb. Xorvatiyalı futbolçu hazırda oyun vaxtı az olduğu üçün gələcəyini düşünür. Modriç bu mövsüm matçların 66%-nə ehtiyat oyunçular skamyasında başlayıb. "Real"ın baş məşqçisi Karlo Ançelotti xorvatiyalıya ilk beynəlxalq fasilədən əvvəl əsas heyətə qayıdacağını bildirib. Lakin yarımmüdafiəçi yalnız "Union" və "Osasuna" ilə oyunda start götürüb. Qalan payız oyunları zamanı Modriç oynamasa yanvarda "Real"dan ayrılacağına, yoxsa 2024-cü ilin yayına qədər müqaviləsini yeniləmək barədə özü qərar verəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest