Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez AVRO-2024-ə vəsiqə qazandıqdan sonra hücumçu Kristiano Ronaldo haqda danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Kristiano Ronaldo yaxşı formadadır. çox oynayır və klubu üçün çox qol vurur. Onun milli komandada oynamaq təcrübəsi var. Gənc futbolçuları ruhlandırır və nümunə kimi xidmət edir. Biz hamımız əlimizdən gələni edirik. Bu, fərdi idman deyil, kollektiv idman növüdür və hər kəs özünü tapşırığa həsr etməlidir".

Qeyd edək ki, oktyabrın 13-də Portuqaliya Slovakiyaya qalib gələrək (3:2) finala erkən vəsiqəni təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest