Argentina millisinin kapitanı Lionel Messi Dç-2026-nın seçmə mərhələsində Paraqvaya qarşı oyunda (1:0) komandasının çıxışını dəyərləndirib.
Matc.az xəbər verir ki, o, səhhətinin vəziyyətini də dəyərləndirib. Paraqvayla qarşılaşmada (1:0) 53-cü dəqiqədə ehtiyatdan meydana daxil olub. Futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Yenidən oynadığım üçün şadam. Xüsusilə belə gərgin matçda ehtiyat oyunçular skamyasından çıxmaq həmişə çətindir. Əsas odur ki, qalib gəldik və yaxşı oynadıq, xüsusən də ilk hissədə. Klubumda cəmi bir neçə dəqiqə oynadıqdan sonra milliyə gəldim. Məşqçilərlə danışdıq və həftə ərzində özümü necə hiss etdiyimi görmək qərarına gəldik. İdeya, növbəti oyunumuzdan əvvəl yaxın günlərdə daha çox məşq etməkdir".
Qeyd edək ki, oktyabrın 18-də Argentina Moskva vaxtı ilə saat 05:00-da başlayacaq Peru ilə qarşılaşacaq.