14 Oktyabr 2023, 23:30
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Braziliya millisində olarkən zədələnib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bu, Venesuela ilə dueldə baş verib. Meydana start heyətində daxil olan futbolçu 79-cu dəqiqədə əvəzlənib. Baş məşqçi Fernando Diniz bildirib ki, Kazemironun topuğunda problemlər var. Klub 31 yaşlı Kazemironun səhhəti ilə bağlı əlavə məlumat gözləyir.
Qeyd edək ki, bu mövsüm Kazemiro Premyer Liqada 8 matçda iştirak edib və 1 qol vurub.