"Atletiko"nun yarımmüdafiəçisi Aksel Vitsel Eden Hazardın peşəkar karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Eden mənim qardaşımdır. Uzun illər millidə bir yerdə oynamışıq. Fikrimcə, onun fantastik karyerası olub. Ancaq son illərdə hər şey bir az daha mürəkkəbləşdi. Düşünürəm ki, karyerasının son iki ili ona baha başa gəldiyi üçün bu qərarı verib. Futbolçu ciddi zədə alanda özünü mənəvi baxımdan çox yaxşı hiss etmir. Nəhayət, hər gün məşqə davam etmək istəyinizin olub olmadığını hiss etməlisiniz. Bədəniniz və başınız bunu sizə deməlidir. Bunu ancaq yaşayan başa düşə bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest