15 Oktyabr 2023, 18:35
FUTBOL
Keçmiş braziliyalı futbolçu Kafu "Roma" və "Qatar Airways"dan 11,8 milyon avro təzminat tələb edə bilər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Braziliyalı keçmiş klubunu və aviaşirkəti imic hüquqlarını pozmaqda ittiham edir. 2019-cu ildə Kafu bir klub əfsanəsi olaraq "Qatar Airways" ilə sponsorluq müqaviləsi çərçivəsində "Roma"nın siması olmağa razılaşıb. 2020-ci ilin avqustunda Ceyms Pallotta "Roma"ya satılıb. Lakin Kafunun müqaviləsi yenilənməyib. Sabiq müdafiəçi məhkəməsiz klubla razılığa gəlməyə çalışıb. Lakin bu, baş tutmayıb. Noyabrın 17-dək tərəflərin məhkəmədən kənar razılaşmaq imkanı var. Bu baş verməsə, Kafu "Roma" və "Qatar Airways"dən 11,8 milyon avro almağa çalışacaq.