15 Oktyabr 2023, 18:55
FUTBOL
"Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçiriləcək oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis rəqibin aparıcı oyunçularının olmayacağını xatırladıb: "İlk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar. Onların Belçikaya məğlubiyyətləri aldadıcı ola bilər. Avstriya Belçikadan yaxşı oynadı. Açığı, Avstriya ilə ilk görüşdə fərqli nəticə düşünürdüm, amma 1:4 uduzduq. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq".
çalışdırıcı azarkeş dəstəyinə ehtiyac duyduqlarını söyləyib: "Azarkeşlər sabah gəlib bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya qarşılaşması saat 20:00-da start götürəcək.