15 Oktyabr 2023, 19:25
FUTBOL
Yarımmüdafiəçi Qranit Xaka bu gün İsveçrə millisində 118-ci oyununu keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 31 yaşlı futbolçu 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Belarus millisi ilə qarşılaşmaya ilk dəqiqələrdən başlayacaq. Xaka millinin forması ilə 118-ci oyununu keçirəcək və İsveçrə millisində ən çox oyun keçirən Haynts Hermanın rekordunu təkrarlayacaq.
Qeyd edək ki, İsveçrə - Belarus matçı "Sankt-Qallen"də keçiriləcək və saat 19:00-da başlayacaq.