İspaniya Ali Məhkəməsi dövlət ittihamçısının vergi fırıldaqları ilə bağlı iş üzrə şöbəsi "Bayer"in baş məşqçisi Xabi Alonsoya bəraət hökmündən verilən apellyasiya şikayətinə birdə baxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Dövlət prokurorluğu ikinci dəfədir ki, Madrid Ali Məhkəməsinin Alonsonun vergidən yayınma işi üzrə təqsirli olmadığı barədə qərarı ilə razılaşmır. İttiham tərəfinin iddiasına görə, 2010-2012-ci illər arasında ispaniyalı mütəxəssis dövlət xəzinəsinə təxminən 2 milyon avro ödəyə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest