Nüfuzlu Transfermarkt portalı bazar dəyərinin qiymətləndirilməsi tarixinin ən bahalı 10 16 yaşlı futbolçusunun siyahısını təqdim edib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Siyahıya 50 milyon avro dəyərində olan "Barselona"nın hücumçusu Lamin Yamal başçılıq edirdi. İkinci yeri hazırda icarə əsasında "Brayton"da çıxış edən "Barselona"nın digər hücumçusu Ansu Fati tutub. Onun 2019-2020 mövsümündəki dəyəri 25 milyon avro olaraq qiymətləndirilib. Onda onun da 16 yaşı var idi. "Barselona"nın yarımmüdafiəçisi Yamal Primera tarixində ən gənc qol vuran futbolçu olub.İlk üçlüyü "Palmeyras"ın hücumçusu Endik tamamlayır. Onun 16 yaşında olan ötən mövsüm dəyəri 20 milyon avro idi. "Lion"dan Rayan çerki və "Renn"də çıxış edən Eduardo Kamavinqa eyni məbləğdə dəyərləndirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest