"Nitsa"nın müdafiəçisi Youssef Atal sosial mediada İsrail və Fələstin arasındakı hərbi münaqişə ilə bağlı fikirlərini bildirərək əvvəlki nəşrinə görə üzr istədiyi yazı dərc edib.
Matc.az xəbər verir ki, bu barədə oyunçu social şəbəkəsində paylaşım edib. Əlcəzairli daha əvvəl Fələstini dəstəklədiyi və "yəhudilər üçün qara gün" çağırışının olduğu bir video yayımlamışdı. Paylaşımda yazılıb: "Mən başa düşürəm ki, yazım bir çox insanı şoka salıb. Bu mənim niyyətim deyildi və buna görə üzr istəyirəm. Mən birmənalı fikrimi bildirmək istərdim. Zorakılığın bütün formalarını, harada baş verməsindən asılı olmayaraq, qətiyyətlə pisləyirəm və bütün qurbanların yanındayam. Mən heç vaxt nifrət ifadəsini dəstəkləməyəcəyəm. Sülh mənim qəti inandığım idealdır".