Əlcəzair Futbol Federasiyası (FAF) Fələstinin ev oyunlarını Əlcəzairdə keçirəcəyini və oyunların keçirilməsi xərclərini öz üzərinə götürəcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. İsrail-Fələstin münaqişəsi ilə bağlı hadisələrə görə hazırda Fələstində idman yarışlarına ev sahibliyi etmək mümkün deyil. Fələstin Administrasiyası Beynəlxalq Futbol Federasiyası (FİFA) və Asiya Futbol Konfederasiyasına (AFC) milli komandanın ev oyunlarının Əlcəzairə keçirilməsini istəyib: "Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racubin tələbi ilə FAF Fələstin millisinin 2026-cı il dünya çempionatı və 2027-ci il Asiya çempionatının seçmə oyunlarına hazırlığı çərçivəsində bütün rəsmi və qeyri-rəsmi oyunların Əlcəzairdə keçirilməsinə qərar verib".

Qeyd edək ki, Fələstinin növbəti ev oyunu 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 21-də Avstraliya ilə olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest