"Aston Villa və İtaliyanın hücumçusu Nikolo Zaniolonun vəkili Gianluca Tognozzi müvəkkilinin heç vaxt idmana mərc etmədiyini, ancaq oyun oynadığını söyləyib.
 
 Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Daha əvvəl məlum olmuşdu ki, Zaniolo öz vətənində İtaliyada peşəkar futbolçulara qadağan edilən duellərdə mərc oyunlarına dair araşdırma obyektinə çevrilib. Açıqlamada deyilib: "Nikolo heç vaxt mərc etməyib.  Bu barədə mənə danışıb. O, qeyri-qanuni onlayn platformalarda poker kimi kart oyunları oynamış ola bilər. Lakin onların qanunsuz olduğunu bilmirdi. Hər şeyə aydınlıq gətirəcəyik".
 
Qeyd edək ki, 24 yaşlı Zaniolodan başqa, "Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqioli və "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali futbol matçlarına mərc edərkən yaxalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest