"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" aparıcı futbolçusu Florian Virtzi mövsümün sonunda itirə bilər. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Bavariya" və "Barselona"nın maraq dairəsinə düşüb.
 
Adıçəkilən klublar hətta 20 yaşlı oyunçunu izləmək üçün skaut ayırıblar. Həmin şəxslər "Bayer"in mövsümün qalan hissəsindəki matçlarını canlı izləyəcək, Virtzlə bağlı raport hazırlayacaqlar. Onların "Qarabağ"la görüşlərdə olması da istisna deyil.
 
Almaniyalı oyunçunun çıxışı müsbət dəyərləndirilsə, "Bavariya" və ya "Barselona" mövsümün sonunda onu heyətinə qata bilər. Florian Virtz bu mövsüm 10 oyun keçirib, 3 qol, 4 assistlə yadda qalıb.
 
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ilk oyununu oktyabrın 26-da Leverkuzendə, cavab görüşünü isə noyabrın 9-da Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest