"İnter" "Porto"nun hücumçusu Mehdi Taremi ilə maraqlanır. Matc.az xəbər verir ki, "neradzurra" transfer üçün işi sürətləndirib.
 
İtaliya klubu əzəli rəqibi "Milan"la mübarizədən qalib ayrılmağa çalışır. "İnter" hətta qış fasiləsində bu keçidi reallaşdırmaq niyyətindədi.
 
Qeyd edək ki, Tareminin "Porto" ilə müqaviləsi mövsümün sonuna qədərdi. 31 yaşlı iranlı bu mövsüm bütün turnirlərdə 11 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest