16 Oktyabr 2023, 12:05
FUTBOL
"Ayaks" "Mançester Yunayted"in köməkçi məşqçisi Mitçel van der Qaqı baş məşqçi postuna gətirmək istəyir. Matc.az xəbər verir ki, 51 yaşlı niderlandlının namizədliyini Lui van Qal özü təklif edib.
Lakin rəhbərlik anlayır ki, bu ideyanı həyata keçirmək asan olmayacaq. çünki Van der Qaaq hazırda "qırmızı şeytanlar"ın əsas fiquru sayılır. O, 2019-2021-ci illərdə "Ayaks"ın gənclər komandasına rəhbərlik edib, ardından ten Haqın rəhbərliyi altında əsas komandaya keçib. Mütəxəssisin İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidi.
Qeyd edək ki, "Ayaks" bu mövsüm klub tarixinin ən pis başlanğıcını edib. Moris Ştaynın kollektivi 6 oyundan sonra 5 xalla 16-cı pillədə qərarlaşıb.