Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İtaliya millisinin İngiltərəyə qarşı keçirəcəyi oyunla bağlı gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, italiyalı çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib:
"İngiltərə ilə oyun İtaliya millisinin hazırkı durumunu göstərəcək duel olacaq. Milli Spalletti ilə yeni dövrə yaxşı başlayıb. Lakin onun İtaliya millisinin hazırda harada olduğunu bizə göstərəcək vacib oyunu var. Jude əla formadadır. Amma futbol komanda oyunudur. Bellingem, şübhəsiz ki, İngiltərə üçün öz işini görəcək. İtaliya isə öz keyfiyyətləri, oyunçuları və xüsusiyyətləri ilə cavab verəcək".
Qeyd edək ki, İngiltərə - İtaliya oyunu sabah Londonda, "Uembli" stadionunda saat 21:45-də başlayacaq.