16 Oktyabr 2023, 19:38
FUTBOL
İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç "Barselona"da oynadığı günləri xatırlayıb.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Barsa"ya transfer o vaxt hər bir futbolçunun arzusu idi. İlk altı ay pis keçmədi, amma sonra əhval-ruhiyyə kəskin şəkildə dəyişdi. Ən yaxşı vaxtı orda keçirmədim. Məşqçi məndən qurtulmaq istəyirdi. Nəyin bahasına olursa olsun məni qovmaq üçün hər şey edirdi".
Qeyd edək ki, İbrahimoviç 2009-2011-ci illərdə Kataloniya klubunda çıxış edib