Fransa prokurorları sosial şəbəkələrdə Fələstinə dəstək ifadə edən "Nitsa"nın müdafiəçisi Youssef Atal haqqında araşdırmaya başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Nitsa prokurorluğu bəyanat paylaşıb: "Atal HƏMAS və İsrail arasındakı münaqişə kontekstində sosial şəbəkələrdə zorakılığa çağırışlar ehtiva edən yazı yazıb. Futbolçu dini zəmində terrorizmə təhrik, nifrətə çağırış və zorakılıq təbliğatına görə ilkin istintaqa cəlb edilib". 
 
Qeyd edək ki, şənbə günü 27 yaşlı oyunçu sosial mediada İsrail və Qəzza zolağında baş verən zorakılıqlar və çoxsaylı insan tələfatı fonunda "yəhudilər üçün qara gün" çağırışı edən bir təbliğçinin videosunu yerləşdirib. Bu yazı silinib və oktyabrın 15-də futbolçu üzr istəyib, lakin məsələ irəliləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest