16 Oktyabr 2023, 20:54
FUTBOL
Yohannes Ştayniger "Bavariya" rəhbərliyini müdafiəçi Nussair Mazraouinin İsraillə münaqişədə Fələstinə dəstək mövqeyinə görə klubda davamlı iştirakını nəzərdən keçirməyə çağırıb.
Matc.az xəbər verir ki, qurum rəsmisi bu barədə yerli mətbuata açıqlama verib: "20-ci əsrdə "yəhudi" adlandırılan Kurt Landauerin klubu bu vəziyyətə biganə qalmamalıdır. Hörmətli "Bavariya" sizdən xahiş edirəm ki, onun komandada davam etməsi məsələsinə dərhal baxasınız. Onu Almaniyadan qovmaq lazımdır".
Bildiyiniz kimi, Mazraoui daha əvvəl Fələstin xalqına dəstəyini ifadə edərək, Mərakeş millisinin futbolçuları və məşqçilər heyətinin qurbanlara kömək etmək üçün Afrika Kubokuna matçlardan tutmuş bütün bonusları verməyə hazır olduqlarını bildirmişdi. Bundan əlavə, o, bir sıra humanitar təşəbbüslər təşkil edəcəyinə söz verib.