17 Oktyabr 2023, 10:22
FUTBOL
"Real"ın iki zədəli futbolçusu sağalıb. Matc.az xəbər verir ki, söhbət müdafiəçi David Alaba və yarımmüdafiəçi Arda Gülərdən gedir.
Adıçəkilən oyunçular artıq "kral klubu"nda kollektivlə birlikdə məşqlərə qoşulublar. Həm Alaba, həm də Gülər La Liqanın X turunda "Sevilya" ilə matçda məşqçilər korpusunun ixtiyarında olacaq.
31 yaşlı Alaba sentyabrın sonlarında "Las Palmas"la qarşılaşmada zədələnmişdi. 18 yaşlı Gülər isə həmin günlərdə məşq zamanı omba nahiyəsindən xəsarət almışdı.
Qeyd edək ki, "Sevilya" – "Real" oyunu oktyabrın 21-də keçiriləcək.