17 Oktyabr 2023, 11:36
FUTBOL
"Azərbaycanla oyunun taleyini birinci hissədə həll edə bilərdik". Matc.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Marsel Sabitzer deyib.
O, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib: "Əsas hədəfimiz Avropa çempionatına vəsiqə qazanmaq idi. Azərbaycanla görüşdə rəqibin də qol imkanları oldu. Əsas odu ki, qələbə qazandıq və ilk iki pillədəki yerimizi təmin etdik".
Qeyd edək ki, millimizlə qarşılaşmada Avstriyaya qələbə gətirən qola 48-ci dəqiqədə penaltidən Marsel Sabitzer imza atıb.