"Roma"nın baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, portuqaliyal mütəxəssis mövsümün sonunda klubu tərk edəcək.
 
"Sky Sports Italia" 60 yaşlı çalışdırıcının yeni müqaviləyə müsbət yanaşmadığını yazıb. O, rəhbərliklə bununla bağlı danışıq aparmaqdan imtina edib.
 
Qeyd edək ki, "Roma" 8 oyundan sonra 11 xalla A seriyasının 10-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest