17 Oktyabr 2023, 14:47
FUTBOL
Leonardo Bonuççi cəzalandırıla bilər. Matc.az xəbər verir ki, buna səbəb müdafiəçinin "Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqiolinin mərc oyununa qoşulduğunu öncədən bilməsidi.
Polis Faqiolinin telefonunu yoxladıqdan sonra Bonuççinin 22 yaşlı həmkarının qanunsuz əməlindən xəbərdar olduğunu aşkarlayıb. İtaliya qanunlarına görə, oyunçular bu cür məlumatı Federal Prokurorluğa bildirməlidilər. Ancaq Bonuççi bunu etməyib. İndi "Union" klubunun üzvü 6 aylıq diskvalifikasiya ilə üzləşə bilər.
Qeyd edək ki, Nikolo Faqioli qanunsuz platformalarda mərc oynadığı üçün istintaq altındadı. O, futbola mərc etdiyini etiraf edib. Faqiolini minimum üç ilədək diskvalifikasiya gözləyir.