"Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqioli idman oyunlarına mərc etdiyinə görə, 7 ay müddətinə yaşıl meydanlardan kənarlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası (FIGC) məlumat yayıb.
 
22 yaşlı futbolçu FIGC, FİFA və UEFA-nın təşkil etdiyi turnir görüşlərinə mərc etməyi qadağan edən qaydanı pozduğuna görə cəzalandırılıb. İtalyan oyunçu 12 aylıq qadağa alsa da, bunun 5 ayı alternativ tapşırıqlarla əvəz olunub. Oyunçu müqaviləni pozarsa, cəzaya yenidən baxıla bilər.
 
"Yuventus"un futbolçusunun bu davranışına görə, 12,5 min avro cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest