17 Oktyabr 2023, 22:05
FUTBOL
Əfqanıstan millisi Dç-2026-nın seçmə mərhələsində Monqolustanı 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, əfqanıstanlılar qarşılaşmada baş məşqçisiz qalib gəliblər.
Belə ki, görüşdən əvvəl Əfqanıstan yığmasının futbolçuları baş məşqçi Abdulla Əl-Mutairinin rəhbərliyi altında oynamaqdan imtina ediblər. Əl-Mutairi buna cavab olaraq Monqolustanla oyun üçün iştirak ərizəsini doldurmayıb. O, komandasının 0:3 hesablı texniki məğlubiyyət alması üçün bu addımı atıb.
Lakin oyunçular bütün sənədləri özləri tamamlayaraq meydana çıxıblar. Nəticədə Monqolustanı hər iki qarşılaşmada 1:0 hesabı ilə üstələyən komanda Asiya zonasında seçmə mərhələnin ikinci raunduna yüksəlib.